Idman

Mahir Emreli İstanbul nəhənginə təklif olundu

Azərbaycan millisinin və Qarabağ klubunun futbolçusu Mahir Emreli Türkiyənin Beşiktaş klubuna təklif edilib.

Savash.org xəbər verir ki, bu barədə Yeni Asır məlumat yayıb.

Xəbərə görə, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunu bəyənib.

Lakin hələ iki klub arasında təmasların qurulmadığı bildirilib. Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.(fanat)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button