Idman

Laportadan Messi ilə bağlı təəccübləndirən açıqlama

“Messiyə gələn 250 milyonluq təklifi geri çevirdim”.

Savash.org xəbər verir ki, bu sözləri Barcelona-nın sabiq prezidenti Xuan Laporta deyib.

“Barcelona-nı sevən heç kim Messiyə şübhə etməz. Yenidən seçilsəm, onunla danışacağam. 2006-cı ildə Massimo Moratti onu İnter-ə aparmaq üçün 250 milyon avro təklif etdi, amma mən dərhal rədd etdim”,- deyə o əlavə edib.

Bununla da sabiq prezident argentinalı ulduz futbolçunu komandasında görmək istədiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl məşhur futbolçunun Barcelona-dan ayrılmaq istədiyi ilə bağlı məlumat yayılmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button