Idman
Falkao həqiqətən zədələnir? – Şok iddia

Galatasaray-ın böyük ümid bəsləyərək transfer etdiyi Radamel Falkao ilə bağlı maraqlı iddia ortaya atılıb.
Savash.org xəbər verir ki, məşhur “AS” qəzeti futbolçunun klubdakı fəaliyyətini dəyərləndirib.
Yazılan məqalədə ondan gözlənilən performansı sərgiləmədiyi üçün klub rəhbərliyi, texniki heyət, eləcə də azarkeşlərin Falkoadan çox şikayət etdikləri və yaxın zamanda 9 nömrəli oyunçunun komandadan ayrılacağı bildirilib.
Bundan əlavə, daim zədələnən və “sarı-qırmızılılar”ın kritik matçlarında belə meydanda olmayan kolumbiyalı hücumçunun heç vaxt özünü riskə atmaq istəmədiyi və bu səbəblə ən kiçik ağrıda belə oyuna çıxmadığı qeyd olunub.