Idman

“Qarabağ” “Vilyarreal”la matça çıxarmağa oyunçu tapmadı – Oyun təxirə düşdü

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı “Vilyarreal”la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Savash.org kluba istinadən bildirir ki, testin nəticəsi daha iki futbolçuda – Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda pozitiv olub.

Ötən testin nəticələrinə görə daha 7 futbolçuda – Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da virus aşkarlanmışdı.

İki futbolçu – Bədavi Hüseynov və Patrik Andrade isə zədəlidirlər.

Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) “Vilyarreal”la oyuna qatıla bilməyəcək. Bu səbəbdən dekabrın 10-u komandamızın “Vilyarreal”la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button