Idman

Koronavirusa yoluxan baş məşqçi: “İlk 2-3 gün ağrılar dözülməz idi“

Koronavirusdan əziyyət çəkən “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin  müsahibə verib.

Savash.org həmin müsahibəni təqdim edir:

– Özünüzü necə hiss edirsiniz?

– Yaxşıyam, halım yerindədir. Evdə özümü təcrid etmişəm. İlk günlərdə bir az çətinlik çəkdim. İndi vəziyyətim normaldır.

– Koronavirus insan səhhətində ən çox hansı çətinlikləri yaradır?

– Açığı, bəzi insanlar bu virusun varlığına şübhə ilə yanaşa bilər. Hazırda mən koronavirusun yaratdığı çətinlikləri yaşayıram. Məndə ilk dəfədir ki, bu cür halsızlıq olur. Tanış olmayan bir xəstəlikdir. İnsanlara da məsləhət görərdim ki, bu xəstəliyi ciddiyə alsınlar, özlərini qorusunlar.

– Bəzi insanlar koronavirusu adi qripdan fərqləndirmir…

– Mən heç qrip olmadım. Bunun nədən qaynaqlandığını bilmirəm. Əsasən kürək ağrısı oldu. Deyərdim ki, adi ağrı deyil.

– Yoluxduğunuzu nə vaxt hiss etdiniz?

– Şükürlər olsun ki, bu xəstəliyi ağır keçirmirəm. Daha ağır keçirənlər olur. Əsasən halsızlıq yaranmışdı. Hiss edirdim ki, yeni bir xəstəlikdir.

– Komandanızın Premyer Liqanın XII turunda “Keşlə” ilə (2:0) oyununu izləyə bildiniz?

– Planşetlə baxırdım. Çəkiliş olmadığından, bir az çətin oldu. Komandamın qələbə qazanması məni çox sevindirdi.

– Oyunun gedişində əlaqə saxlayıb, tapşırıqlar verə bilirdiniz?

– Bəli, oyun ərzində məşqçilərlə əlaqədə idim, məsləhətləşmələr aparırdıq. Əsas odur ki, vacib qalibiyyət əldə etdik.

– Həkimlər səhhətinizlə bağlı nə deyirlər?

– Karantin müddəti 14 gündür. Amma mənə elə gəlir ki, xəstəliyin ağır dönəmini artıq geridə qoymuşam. İlk 2-3 gün çox narahat idim, ağrılar dözülməz idi. Səhhətim günü-gündən yaxşılaşır. Amma tələb olunan müddəti gözləməliyəm.

– Otaqda hərəkətsiz qalmaq sizi darıxdırmır?

– Əlbəttə ki, darıxıram, sıxılıram. İdmana öyrənən insan üçün belə oturmaq çox çətindir. Başımı futbollarla qatmağa çalışıram. Düzdür, ailəm evdədir. Ancaq mən otaqdan çıxmıram, onlar tərəfə keçmirəm (apasport.az).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button