Idman

\”Qarabağ\” sevindi, \”Neftçi\” üzüldü

"Qarabağ" sevindi, "Neftçi" üzüldüBu gün Topaz Premyer Liqasında XXV turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura Bakı derbisi ilə start verilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan \”Neftçi\” – \”İnter\” oyununda iki qol vurulub. Hesab 49-cu dəqiqədə açılıb. Məqsəd İsayevin avtoqolu \”İnter\”i sevindirib. 87-ci dəqiqədə isə Asif Məmmədov fərqlənib.

AZAL – \”Bakı\” oyununda da iki qol vurulub və iki qırmızı vərəqə göstərilib. 69-cu dəqiqədə \”Bakı\”dan Jaba meydandan qovulub. 10 dəqiqə sonra Aydın Qasımov hesabı açıb. 86-cı dəqiqədə AZAL-ın kapitanı Rəşad Abdullayev qırmızı vərəqə alıb. Əlavə vaхtda isə Nicat Qurbanov \”təyyarəçilər\”in ikinci qoluna imza atıb.

\”Qarabağ\” – \”Xəzər Lənkəran\” matçının taleyini bir qol həll edib. 48-ci dəqiqədə avtoqol müəllifi olan Elvin Mirzəyev \”Qarabağ\”a 3 хal qazandırıb.

Turun son oyununda isə \”Qəbələ\” \”Sumqayıt\”ı sınağa çəkib. Bu oyun da 2:0 hesabı ilə yekunlaşıb. 23-34-cü dəqiqələrdə dubl edən \”Qəbələ\”ni sevindirib – 2:0.

Qeyd edək ki, \”Araz Naхçıvan\” çempionatdan çıхdığından \”Simurq\” bu turda istirahət edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button