Idman

Millimizin futbolçusu rəsmən Niderland klubunda

Azərbaycanın “Sabah” və Niderlandın “Telstar” klubları arasında futbolçu Ozan Can Kökcünün icarəyə verilməsinə dair razılıq əldə olunub.

Savash.org xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderlandın II Liqa təmsilçisinin heyətində çıxış edəcək. O, “Telstar”ın təklifinə müsbət cavab verməsinin əsas səbəbi kimi özünü Avropada sınamaq, həmçinin Azərbaycanı və “Sabah”ı qitədə ən yaxşı şəkildə təmsil etmək istəyini göstərib: “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burada olmadığım müddətdə də komandamı yaxından izləyəcəyəm. Doğma klubuma uğurlar diləyirəm”.

Qeyd edək ki, Ozan Can Kökcü 2019-cu ilin yayından formasını geyindiyi “Sabah”ın əsas heyət üzvlərindən birinə çevrilərək, 29 oyuna 1 qol vurub. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb. O, ötən həftə Niderlandda məhdud çərçivədə özünə toy edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button