Idman

“Milan“ın iki ulduzu koronavirusa yoluxdu

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub.

Savash.org xəbər verir ki, klub bu barədə “rossonyerlər” rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda – müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq.

Qeyd edək ki, “Milan” A seriyasının XVIII turu çərçivəsində sabah “Kalyari”nin qonağı olacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button