Idman

Ronaldo “Real“a qayıdır? – “Yuventus“un bazasında MƏXFİ GÖRÜŞ

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo sabiq klubu “Real”ın prezidenti Florentino Perezlə görüşüb.

Savash.org xəbər verir ki, görüş Turində, “Yuventus”un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button