Idman
Erməni məşqçi Bakıya gəlməkdən imtina etdi
Artıq onu əvəzləyəcək məşqçi də tapılıb.
Ermənistanın boks millisinin baş məşqçisi David Torosyan Bakıya gəlməkdən imtina edib.
Bu barədə Ermənistanın Boks Federasiyasının katibi açıqlama verib.
Artıq David Torosyanı əvəzləyəcək məşqçi də tapılıb.
Bakıda keçiriləcək Avropa Oyunlarında ermənilərin gənclərdən ibarət boks üzrə milli komandası Karen Aqamalyanın rəhbərliyi ilə çıxış edəcək.