Idman

“Real”ın daha bir futbolçusu “Arsenal”da – RƏSMİ

İngiltərənin “Arsenal” klubu qış transfer pəncərəsi dövründə ilk transferini həyata keçirib.

Savash.org klubun rəsmi saytına istinadən xəbər verir ki, London komandasına Madrid “Real”ından norveçli futbolçu Martin Ödeqor transfer edilib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümün sonunadək icarəyə götürülüb. O, 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ödeqordan başqa “Arsenal”da “Real”dan digər futbolçu – Dani Sebalyos da oynayır. İspaniyalı futbolçu da London klubunda icarə əsasında çıxış edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button