Idman

Messi və “Barselona” arasında növbəti gərginlik

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.

“Caught Offside” nəşrinin məlumatına görə, bu, argentinalı hücumçunun əmək haqqına dair “El Mundo”da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.

Bu informasiyanın mətbuata sızması “Barselona”nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı “El Mundo”ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.

“Report” bildirir ki, “Barselona” Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button