Idman

Sumqayıtlı çempion göz yaşlarını saxlaya bilmədi – VİDEO

Sumqayıtlı çempion göz yaşlarını saxlaya bilmədi - VİDEO İstanbulda karateçilərin 50-ci Avropa çempionatının 3-cü yarış günündə müxtəlif çəki dərəcələrinin mükafatları uğrunda görüşlər keçirilib.
Xeberle.com Milli Karate Federasiyasının saytına istinadla verdiyi xəbərə əsasən, Rafael Ağayev (-75 kq) 50-ci Avropa çempionatlnn qalibi adını qazanıb.
R.Ağayev finalda öz çəkisində ən güclülərdən sayılan almaniyalı Noah Biç üzərində qələbə qazanaraq \”Dünya karatesinin brilyantı\” olduğunu bir daha sübut edib.
Qeyd edək ki, R.Ağayev zədə səbəbindən 1 il müddətində rəsmi yarışlardan kənar qalmışdı.
Yarışda iştirak edən digər idmançımız Ayxan Mamyev (84 kq) isə finalda italiyalı Nello Maestriyə minimal xal fərqi ilə məğlub olaraq çempionatın gümüş mükafatçısı olub.
\”Dünya karatesinin brilyantı\” Azərbaycanın himni səslənən zaman sevinc göz yaşlarını saxlaya bilməyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button