Idman
“Qarabağ“ fransalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladı

“Qarabağ” Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.
Savash.org Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatmalı idi.