Idman

Azərbaycanlı iş adamı \”Latsio\”ya 40 milyon təklif etdi

Azərbaycanlı iş adamı "Latsio"ya 40 milyon təklif etdiİtaliyanın \”Latsio\” klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır.

Sportnet.az-ın \”Corriere dello Sport\”a istinadən verdiyi məlumata görə, söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir.
Azərbaycan tərəfinin \”Latsio\”ya bundan ötrü ümumilikdə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin italiyalı həmkarlarımız həmin şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində \”Land of Fire Azerbaijan\” sözlərinin yazılacağı güman edilir. Hərçənd sponsorun yenə Hafiz Məmmədov olacağı göstərilmir.

O da bildirilir ki, Məmmədov 2012-ci ilin sonlarında İspaniya \”Atletiko\”su ilə anlaşmazdan öncə məhz İtaliya klubu ilə təmasda olub.
Qeyd edək ki, \”Latsio\” İtaliya A seriyasında 28 turdan sonra 52 xalla 3-cü pillədə qərarlaşıb. \”Ağ-mavilər\” bir müddətdir forma reklamı olmadan oyunlara çıxırlar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button