Idman

AFFA zədəli futbolçunun bütün xərclərini öz üzərinə götürdü

AFFA zədəli futbolçunun bütün xərclərini öz üzərinə götürdüAFFA Azərbaycan milli komandasının Malta yığması ilə AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi oyunda zədələnən futbolçu Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə report.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, 6 ayadək müddətə sıradan çıxan “Qarabağ” klubunun 19 yaşlı yarımmüdafiəçisinin əməliyyat və digər xərclərini federasiya çəkəcək: “Namiq Ələsgərov yığmanın düşərgəsində olarkən zədə alıb. Bu səbəbdən onun müalicəsi üçün lazım olan xərcləri də biz ödəyəcəyik”.

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan-Malta qarşılaşmasının 22-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə xəsarət alaraq, meydanı vaxtından əvvəl tərk etməli olub. Bu gün aparılan MR müayinəsindən sonra onun ön carpaz bağlarının sıradan çıxdığı məlum olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button