Idman

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Qalatasaray” komandasında son koronavirus testlərinin nəticələri açıqlanıb.

Savash.org klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bir futbolçusunda infeksiya aşkarlanıb.

Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, “Qalatasaray” fevralın 10-da Türkiyə kubokunun 1/4 final mərhələsində “Alanyaspor”u qəbul edəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button