Idman

Ermənistan himnini oturub dinləyən samboçumuza şok cəza

Ermənistan himnini oturub dinləyən samboçumuza şok cəza
Ceyhun Məmmədov: “Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra birgə şəkil çəkdirməzdi”

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək.

\”Report\”-un məlumatına görə, bu barədə Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

C.Məmmədovun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: \”Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək\”.

ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: \”Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən, onu ayaq üstə dinləməmək düzgün deyil\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button