Idman

“Real”dan ulduz hücumçuya 120 milyonluq təklif – FOTO

“Real” yayda səs-küylü transferə hazırlaşır.

Əsas hədəf kimi Kilian Mbappeni seçən madridlilər Fransa millisinin üzvünün PSJ-dən ayrılacağına inanmır.

Futbolçunun yaxşı maliyyə şərtləri qarşılığında karyerasını ölkədə davam etdirmək istəyi, ərəb şeyxlərinin isə Mbappenin başqa kluba keçidinə imkan verməməyi hədəf seçməsi “kral klubu”nun işini çətinləşdirib.

Savash.org AS-a istinadla xəbər verir ki, “Real” rəhbərliyi növbəti əsas hədəf kimi Erlinq Haalandı seçib. “Borussiya”nın gənc forvardı yayda yaxşı qiymətə satmaq istəyi ispanları hərəkətə keçməyə məcbur edib. Həmkarlarımız artıq bununla bağlı iki klub arasında danışıqların başlandığını qeyd edib. “Real”ın bu keçidə görə Dortmund təmsilçisinə 120 milyon avro ödəməyə hazır olduğu deyilir. 

Qeyd edək ki, Haalandla “Mançester Siti” ilə “Çelsi” də yaxından maraqlanır. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button