Idman

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Keşlə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib. “Report”un məlumatına görə, turun üçüncü matçında “Qəbələ” “Keşlə”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əyalət təmsilçisinin qollarını 50-ci dəqiqədə Merab Giqauri, 70-ci dəqiqədə isə Rafael Utriq vurub.

Bu qələbə sayəsində 18-ci xalını qazanan “Qəbələ” 5-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Sabah” oyunu ilə yekun vurulacaq. XV turun digər oyunlarında “Neftçi” səfərdə “Qarabağ”ı 2:1. “Sumqayıt” isə “Səbail”i 3:0 hesabı ilə üstələyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button