Idman

“Real” Beyl və İskonu satmağa hazırlaşır

Madrid “Real”ı yay transfer pəncərəsində Qaret Beyl və İsko ilə yollarını ayırmağa hazırlaşır.

Bu barədə Sports.ru portalı yerli jurnalist Fabrisio Romanoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda icarə əsasında “Tottenhem”də çıxıış edən uelsli futbolçu bəslənən ümidləri doğrultmur. Odur ki, böyük ehtimalla London klubu Beyli birdəfəlik almaqdan imtina edərək, onu Madridə qaytaracaq. Belə olan təqdirdə isə “Real” yarımmüdafiəçini satışa çıxaracaq.

Qeyd edək ki, bu mövsüm Beyl İngiltərə Premyer Liqasının yeddi oyununda iştirak edib və cəmi bir qol vurub. İsko isə La Liqada 13 matça çıxıb, lakin bir dənə də olsun məhsuldar ötürmə etməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button