Idman

“Qarabağ“dan ayrılan futbolçu danışdı: “Şadam“

“Apollon”a keçdiyim üçün şadam. İddialı klubdur, qarşısında konkret hədəflər var”.

Savash.org xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan Donald Gerye deyib.

Hazırda Kiprdə karantində olan haitili müdafiəçi tezliklə yeni komandasına qoşulacağını vurğulayıb: “Ötən il də bu komandadan təklif almışdım. Amma həmin vaxt “Qarabağ”ın futbolçusu olduğum üçün keçid baş tutmamışdı”

Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdn, Gerye 20 min dollar məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017-2019-cu illərdə də “Qarabağ”da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında “Neftçi”yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cinah oyunçusu karyerasını qarşıdakı 2 ildə Kiprdə – “Apollon”da davam etdirəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button