Idman
Ronaldo bu kluba getmək istəyir: Menecerinə açıqladı

Kriştiano Ronaldo “Yuventus”dan ayrılmağı düşünür.
Savash.org xəbər verir ki, bu barədə “Libero” nəşrinin əməkdaşı Fabio Santini “7 Gold” kanalına açıqlama verib. Onun sözlərinə görə, 36 yaşlı hücumçu bu barədə meneceri Corc Mendesə bildirib. Ayrılıq qərarını menecerinin diqqətinə çatdıran Ronaldo başqa macəraya atılmaq istəyir.
Belə ki, portuqaliyalı ulduz PSJ-yə transfer olmağı planlaşdırır.
Qeyd edək ki, bir müddətdir, “Yuventus” yüksək maaş səbəbindən Kriştiano ilə vidalaşmaq istəyir.