Idman

Markao “Qalatasaray”ın yeni təklifini yaxına buraxmadı

“Qalatasaray” klubla sözləşməsi 2022-nin yayında başa çatacaq Markao ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Savash.org “Fotomaç”a istinadla xəbər verir ki, gələn il Türkiyəni pulsuz tərk edəcəyi real görünən braziliyalı futbolçunun əldən buraxmamaq üçün klub rəhbərliyi hərəkətə keçib. Markaonun agenti ilə təmas quran rəsmilər hazırda illik maaşı 850 min avro olan müdafiəçi üçün yeni anlaşmaya görə 1,1 milyon avro təklif edib. Lakin Markaonun agenti bu məbləği yaxına buraxmayıb. Onların 2022-ci ildən qüvvəyə minəcək yeni anlaşma üçün istədikləri 1,75 milyon avrodur. İndiki qazancından düz 2 dəfə çox. Odur ki, Markao məsələsi açıq qalıb. 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-un əvvəlindən sarı-qırmızı formanı geyinir. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button