Idman

Futbolçusu Terimi özündən çıxardı: Bir də “11-lik”də oynatmayacaq!

Fevralın 27-də baş tutan “Erzurumspur”la matçda  “Qalatasaray” 2:0 hesablı qələbəyə sevindi.

Savash.org “Sabah”a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimin futbolçusu Yunes Belhanda barədə dediyi sözlər ortaya çıxıb. 72-ci dəqiqədə oyuna daxil olan 31 yaşlı futbolçu bir neçə dəfə top itirərək komandasını təhlükəli duruma saldı. Buna əsəbləşən təcrübəli mütəxəssisin “Mən bu Belhandaya ilk “11-lik”də yer vermərəm!”, dediyi bəlli olub. 

Belə ki, Terim Belhandanı sabah “Anakaragücü”ylə baş tutacaq oyunda əsas heyətə salmaq fikrində imiş. 

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm sonu müqaviləsi başa çatan Yunes Belhandaya maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edib. Futbolçu təklifi hələ də cavablandırmayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button