Idman

Qvardiola “Barsa”nın keçmiş prezidentinin həbsindən danışdı

“Barselona”nın keçmiş futbolçusu və baş məşqçisi Xosep Qvardiola katalon klubunun keçmiş prezidenti Xosep Bartomeunun həbsinə münasibət bildirib.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Bu xoşagəlməz vəziyyətdir, ancaq mən ümid edirəm ki, hər şey yaxşı bitəcək. Məhkəmə əksini sübuta yetirənə qədər Bartomeu günahkar deyil. Məni narahat edən məsələ odur ki, bir həftə sonra “Barselona”ya yeni prezident seçiləcək. Klubda vəziyyət çətindir, ancaq yeni gələn yaxın illərdə “Barselona”nı arxasınca aparmaq üçün cəsarətini toplamalıdır”, – deyə X.Qvardiola bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button