Idman

Qurban Qurbanov Hondanın “Neftçi”yə transferindən danışdı

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov yaponiyalı ulduz futbolçu Keysuke Hondanın “Neftçi”yə keçidinə münasibət bildirib.

“SAVAŞ”-ın məlumatına görə, 49 yaşlı mütəxəssis deyib ki, böyük adların Azərbaycan futboluna gəlməsi pis nəticə verməz.

Qurbanovun sözlərinə görə, belə adları görəndə azarkeşlərin futbola marağı artır: “Hər zaman belə şeyin tərəfdarı olmuşam. Çempionatımız azarkeşlərlə keçirilsəydi, daha maraqlı olardı. Hondanın “Neftçi”yə gəlməsi onu göstərir ki, komanda çox iddialıdır. Belə futbolçuların çempionatda olması hər kəsə stimul verir. Uğurlar arzulayıram. Düşünürəm ki, doğrunu biliblər və belə transfer ediblər. Bəlkə də, bu, hələ başlanğıcdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button