Idman

Ronaldo təkid etdi, Azərbaycanla oyun bu arenaya salındı

DÇ-2022-nin Portuqaliya – Azərbaycan oyununun “Allianz Arena”ya təyin edilməsinin səbəbi bəlli olub.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, bu görüşün “Yuventus”un stadionunda keçirilməsinə Turin klubunun hücumçusu Kriştiano Ronaldo təkid edib.

Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronaldoya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini “Yuventus”un bazasında keçirəcək.  Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir.

Qeyd edək ki, “Yuventus”un hücumçusu olan Ronaldo gündəlik məşqlərini burada keçirdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.

Azərbaycan millisinə gəlincə, komandamızın Vinovoda yerləşən “Yuventus”a məxsus başqa məşq meydançasında məşq edəcəyi bildirilir. Orada adətən gənclər və qadınlardan ibarət komandalar hazırlıq keçir.

Xatırladaq ki, Portuqaliya – Azərbaycan görüşü martın 24-də keçiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button