Idman

Çingiz Abdullayev \”Neftçi\”nin Lənkərandakı heç-heçəsindən danışdı

Çingiz Abdullayev "Neftçi"nin Lənkərandakı heç-heçəsindən danışdı\”Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev Topaz Premyer Liqasının XXIX turunda “Xəzər Lənkəran”la səfər matçından (2:2) sonra jurnalistlərə verdiyi müsahibədə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı…

– Çox gözəl oyun keçdi. Hesabda öndə olsaq da, qələbəni əldən verdik. Buna baxmayaraq, hər iki komandanın timsalında maraqlı qarşılaşma izlədik.

– “Neftçi” fasiləyə qədər 2 qol vurdu. Amma rəqib azlıqda qaldıqdan sonra hadisələr tərsinə cərəyan etdi. Bunun səbəbini nədə görürsünüz?

– Əsas odu ki, həm “Neftçi”, həm də “Xəzər Lənkəran” gözəl oyun nümayiş etdirdi. Meydandakı komandalardan hansınınsa pis oynadığını söyləmək düzgün çıxmaz. Bir fakt da deyim ki, mən gələndən “Neftçi” hələ uduzmayıb.

– Hesab bərabərləşdikdən sonra uduzacağınız ağlınıza gəldimi?

– Buna inanmırdım. Əksinə, düşünürəm ki, oyun 5-6 dəqiqə də davam etsəydi, “Neftçi” üçüncü qolu vurardı. Lənkəranlı futbolçuların yorulduğu hiss olunurdu. “Neftçi” isə fasilədə sakitləşdi. Rəqib hər iki qolu standart vəziyyətdən vurdu. “Neftçi”nin gələn turlarda daha yaxşı oynayacağına inanıram.

– Mətbuatda “Neftçi”yə almaniyalı baş məşqçinin gətiriləcəyi haqda xəbərlər yayılıb. Bu, düzgün xəbərdi?

– Belə şey eşitməmişəm. Mənim adımdan kim bunu deyirsə, yalan danışır.

– Necə fikirləşirsiniz, “Neftçi” bu oyunla ölkə kubokunu qazana biləcək?

– Niyə də qazana bilməsin? Bəyəm “Xəzər Lənkəran”a səfərdə 2 qol vurmaq asan deyil. Amma “Neftçi” bunu bacardı. Kubokda niyə etməsin?

– Lənkəranda 2 qol vursanız da, qələbə qazana bilmədiniz…

– Düzdü, oyun heç-heçə başa çatdı. Ancaq azarkeşlər maraqlı qarşılaşma izlədilər. “Neftçi” daha çox hücum edirdi. Gördüyünüz kimi, son saniyələrdə hətta “Neftçi”nin qapıçısı da komandanı irəli səsləyirdi. İnanıram ki, belə oyunla nəticə olacaq.

– Məşqçi seçimi zamanı sizə kimsə təsir edə bilər?

– Bu günə kimi mənə həyatda yalnız atam təsir edirdi. Ondan başqa mənə heç kim təsir etməyib və edə bilməz.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button