Idman

Messi 138 milyon avro maaşı nəyə xərcləyir?

Məlum olduğu kimi, “Barselona”nın kapitanı Lionel Messi klubla 4 illik müqaviləsinə əsasən, ümumilikdə 555 milyon avro əldə edib.

Belə olan halda 33 yaşlı hücumçu illik 138 milyon avro qazanır. Bəs, Messi bu pulu nəyə xərcləyib? O, necə həyat tərzi yaşayır? Nəzər salaq:

Messinin Barselona şəhərində 5.5 milyon avro dəyərində lüks bir evi var. Ev “Nou Kamp” stadionundan sadəcə 19 kilometr uzaqlıqda yerləşir. Evdə kiçik futbol meydançası, hovuz, qapalı idman zalı, həmçinin 3 uşağı üçün oyun ərazisi var.





Messinin 1.5 milyon avro dəyərində “Pagani Zonda” markalı avtomobili var. Bu, onun avtomobil kolleksiyasının incisidir.



Futbolçu 2020-ci ilin yayında gördüyünüz bu lüks yaxtı Sesk Fabreqas üçün kirayələmişdi.

Messi təcili olaraq, harasa getmək istəsə, 12 miliyon sterlinq qiyməti olan təyyarəsi onu gözləyir.





Messi sahil qəsəbəsi Sitqesdə 26 milyon avro dəyərində otel alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button