Idman

La Liqa matçında irqçilik – Futbolçular meydanı tərk etdi

İspaniya La Liqasının 29-cu turunda keçirilən “Kadis” – “Valensiya” matçında irqçilik baş verib.

Görüşün 30-cu dəqiqəsində “Kadis”in müdafiəçisi Xuan Kala “Valensiya”nın futbolçusu Muktar Diakabiyə qarşı irqçi ifadələr səsləndirib. Qvineyalı futbolçu mübahisədən sonra meydanı tərk edib.

Diakabidən sonra “Valensiya” və “Kadis”in bütün futbolçuları paltardəyişmə otağına yollanıb.

10 dəqiqəlik fasilədən sonra hakim komandaları meydana çıxarıb. Diakabi isə əvəzlənib. Matçda “Kadis” 2:1 hesablı qələbə qazanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button