Idman

“Sifarişlə futbolçu çağırır” iddiasına Canni de Byazinin reaksiyası

Millimizin baş məşqçisi Canni de Byazi bəzi futbol veteranlarının komandaya futbolçuların sifarişlə çağırılması barədə səsləndirdiyi iddialara münasibət bildirib.

“SAVAŞ” xəbər verir ki, bu haqda italliyalı mütəxəssis fikirlərini “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində açıqlayıb.

“Bu iddialar mənim üçün şokdur. Mən heç vaxt belə şeyləri sevməmişəm” – deyə o bildirib.

De Byazi azərbaycanlı köməkçisi Arif Əsədovla münasibətlərinin soyuq olması haqda fikirlərə də toxunub: “Bu, mənə gülməli gəlir. Məğlubiyyətdən sonra nələr düşünmürlər Mənim bütün köməkçilərimlə yaxşı münasibətim var və onların hər birinin komandada öz rolu var”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button