UEFA prezidenti: “Səhvinizi düzəltməyə vaxtınız var”

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasında iştirak etməyi qəbul edən İngiltərə klublarına müraciət edib.
O, UEFA-nın bu gün keçirilən Konqrensində bildirib ki, İngiltərə təmsilçilərinin səhvlərini düzəltmək üçün vaxtları var:
“Bəzi ingilis klublarının sahiblərinə müraciət etmək istərdim. Centlmenlər, siz çox böyük bir səhv etdiniz. Bəziləri bunun acgözlük olduğunu, bəziləri isə futbol mədəniyyətinə qarşı hörmətsizlik, təkəbbürlük olduğunu söyləyəcək… Ancaq bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan fikrinizi dəyişdirmək üçün hələ vaxt var. Hər kəs səhv edir. İngilis azarkeşlər sizin düzəlişinizə layiqdirlər”.
Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klub arasında İngiltərədən “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” var.