Idman

“Təəssüf ki, bunlar olur” – Pirlodan Ronaldonun hərəkətinə münasibət

“Yuventus”un baş məşqçisi Andrea Pirlo komandanın hücumçusu Kriştiano Ronaldonun A seriyasının 32-ci turunda “Parma” ilə matçda (3:1) etdiyi hərəkətə münasibət bildirib.

İlk hissədə rəqib komandanın yarımmüdafiəçisi Qaston Bruqmanın cərimə zərbəsindən hesabı açdığı epizodda Turin təmsilçisində canlı sədddə olan futbolçulardan təkcə Kriştiano Ronaldo tullanmayıb. O, əvəzində qolu ilə üzünü örtüb. Top isə Ronaldonun başının üzərindən tora daxil olub.

Pirlo İtaliya mətbuatına portuqaliyalı hücumçunun hərəkəti ilə bağlı deyib: “Təəssüf ki, bunlar olur. Növbəti matçlarda nə edəcəyimizi və onu canlı səddə qoymağa dəyib-dəymədiyini qiymətləndirəcəyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button