Idman

Azarkeşləri “Neftçi” rəhbərliyinə xəbərdarlıq etdi

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”nin “Sabah”la oyundakı (2:2) çıxışı azarkeşlərinin narazılığına səbəb olub.

“Ağ-qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Fanatlar bu cür oyunu biabırçılıq adlandırıb və klub rəhbərliyindən çempionluq tələb ediblər:

“Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin “dolya”sını niyə çatdırmadınız? 

Keysuke Hondanı reklam üçün gətirmisinizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyillər. Deyəsən, ölkədə karantindir deyə Kamran bəy (“Neftçi”nin prezidenti Kamran Quliyev-red.) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik.

Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik”.

Xatırladaq ki, “Neftçi” “Sabah”la matçda növbəti xal itkisi ilə üzləşib. Rəqibin 3 futbolçusunun qırmzı vərəqə almasına baxmayaraq, Samir Abasovun komandası qələbə qazana bilməyib. Bununla da paytaxt təmsilçisinin lider “Qarabağ”la xal fərqi 3-ə çatıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button