Idman

“Azərbaycanın Avropada sözünü deyə biləcək gənc futbolçuları var” – De Byazi

Millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

İtaliyalı mütəxəssis azərbaycanlı futbolçuların ölkə xaricində oynaya bilməmələrinin səbəbi haqda danışıb. O deyib:

“Azərbaycanda, xüsusən də komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa Birliyinə daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Onların təcrübələri yoxdur, İtaliya, İspaniya, İngiltərə və ya Almaniyadakı kimi rəqabətli liqalarda oynamırlar. Amma güclü rəqiblərlə mübarizə apara biləcəklərini deyə bilərəm. Məsələn, İtaliyada “Atalanta” buna nümunədir. Ukraynalı Ruslan Malinovski kimi çoxlarına tanış olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə inkişaf etdirə bilir və nəticə əldə edirlər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button