Idman

ÇL finalına nə qədər azarkeş buraxılacaq?

Çempionlar Liqasının İstanbulda keçiriləcək final matçında 25 min azarkeş iştirak edə biləcək.

Bu barədə “The Times” nəşri məlumat yayıb. Bildirilib ki, Türkiyəyə gedəcək azarkeşlərə peyvənd sənədləri və koronavirus testinin mənfi nəticəsi lazım ola bilər. Turnirin finalına çıxan komandaların azarkeşlərinə dörd min bilet veriləcəyi bildirilir.

Çempionlar Liqasının finalı 29 mayda Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək. Həlledici matçda İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları üz-üzə gələcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button