Idman

Fonseka Mourinyonun təyinatından danışdı

Mövsümün sonunda “Roma”dan ayrılacağı açıqlanan Paulo Fonseka onu əvəzləyəcək Joze Mourinyo ilə bağlı danışıb.

Portuqaliyalı mütəxəssis Avroliqanın yarımfinalında ötən gecə “Mançester Yunayted”lə görüşdən sonra keçirilən mətbuat konfransında həmyerlisinin düzgün seçim olduğunu deyib:

“Roma” ilə yollarımızı ayırmağımız düzgün qərardır. Mourinyo yaxşı iş görəcək, buna şübhəm yoxdur. İlk gəldiyim gün necə idimsə, indi də eyniyəm. Burada olacağım son günə qədər komanda üçün ən yaxşısını edəcəyəm”.

Xatırladaq ki, “Roma” mövsümün sonunda Fonseka ilə yolları ayrılacağını bəyan edib. Klub Mourinyo ilə 3 illik müqavilə bağlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button