Idman

“Real” Hazardı bu qiymətə satır

“Real” futbolçusu Eden Hazardı satmağı planlaşdırır.

“Mundo Deportivo” nəşri xəbər verir ki, Madrid klubu belçikalı yarımmüdafiəçini 50 milyon avroya satmağa hazırdır. Klubun bu satışdan əldə edilən gəlirlə PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək istədiyi bildirilib.

“Marca” da Hazardın transferə çıxarıldığını yazıb. “Real”ın 30 yaşlı futbolçunun oyun səviyyəsindən razı olmadığı bildirilib. Onun “Çelsi” ilə Çempionlar Liqasının yarımfinal oyunundan sonrakı davranışları da klubun bu qərarı verməsində rol oynadığı qeyd edilib.

Hazard “Real”a 2019-cu ildə “Çelsi”dən keçib. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button