Idman

ÇL-1/4: “Bayer” biabır oldu, “Barsa” fransızlara futbol dərsi keçdi

ÇL-1/4: “Bayer” biabır oldu, “Barsa” fransızlara futbol dərsi keçdi
Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.

Azadliq.info bildirir ki, ikinci oyun günündə keçirilən görüşlərdə eyni hesab qeydə alınıb. Bu mərhələyə qədər inamla irəliləyən “Portu” öz meydanında “Bavariya”nı qəbul edib. Matçın favoriti Münhen klubu hesab olunsa da, Portuqaliya təmsilçisi inamlı qələbə qazana bilib. Oyunda hesabı meydan sahibləri açıb. 3-cü dəqiqədə Quarejma penaltidən fəqrlənib. 7 dəqiqə sonra Quarejma dubl edib. 28-ci dəqiqədə Alkantara fərqi azaldıb. Lakin ikinci hissədə meydan sahibləri daha bir top vuraraq növbəti oyun ərəfəsində böyük üstünlük əldə edib.

Digər görüşdə isə PSJ və “Barselona” klubları üz-üzə gəlib. Qrup mərhələsində də qarşılaşan bu komandalar öz meydanlarında qələbə qazana bilmişdilər. Bu dəfə isə Kataloniya təmsilçiləri üstün olublar. Oyunda bütün qolları \”Barsa\” oyunçuları vurub. Neymarın 1, suaresin isə 2 qolu ilə \”Barsa\” üstünlük əld etsə də, Matye avtoqol müəllifi olub. Lakin bu top \”PSJ\” oyunçusu Van der Vilin adına yazılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button