Idman

Honda “Neftçi”dən gedir? – Klubdan açıqlama

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin bir neçə futbolçusu ilə müqaviləsi başa çatır.

Bu barədə Qol.az-a açıqlama verən paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib ki, sabah klubun Müşahidə Şurasının iclası keçiriləcək və bundan sonra sözləşməsi başa çatan futbolçularla bağlı qərar veriləcək.

O, ötən gün “Qarabağ”la oyundan sonra yaponiyalı futbolçu Keysuke Hondanın komandadan ayrılacağı ilə bağlı verdiyi açıqlamasına da aydınlıq gətirib: “Tək Honda yox, bir çox oyunçunun sözləşməsi bitib. Honda bunu özü açıqlamasında da bildirib. Hələlik müqaviləsi bitən oyunçularla danışıqlar olmayıb. Sabah klubun Müşahidə Şurasının iclası keçiriləcək. Orada bütün məsələlər müzakirə olunacaq. Yeni hədəflər qoyulacaq, büdcə müəyyənləşdiriləcək. Bundan sonra baş məşqçi ilə danışılacaq ki, hansı futbolçunun getməsini, hansının qalmasını istəyir. Samir Abasov komandada qalmasını istəsə, onunla danışacağıq. Kimləri də istəməsə, onlarla sağollaşacağıq. Məsələn, biz bu dəqiqə deyə bilmərik ki, Anton Krivotsyuk qalacaq, yoxsa yox. Onun da müqaviləsi bitib”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button