Idman

“Çox bacarıqlı, təşkilatlanmış rəqiblə yaxşı oyun oldu” – Belaruslu futbolçu

Çox bacarıqlı, təşkilatlanmış rəqiblə yaxşı oyun oldu. Oyuna ciddi hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq, mövqe hücumları və əks hücumlar oldu, ancaq səhvlərimizə görə qollar buraxdıq”.

Bu sözləri Belarus millisinin futbolçusu Yevgeni Yablonski Azəfrbaycana 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq oyunundan sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə,  daha yaxşı oynaya bilərdilər: “Ancaq bu təcrübədir. Səhvləri düzəldib və daha yaxşı olacağıq”.

BATE-nin yarımmüdafiəçi Belçika matçı ilə müqayisədə heyətin tamamilə fərqli olması haqda da danışıb: “Millidə çox sayda yeni futbolçular var, amma yenə də yaxşı  komandaya sahibik. Hər kəs milli komandaya gəlməkdən xoşbəxtdir və bu gün bütün futbolçular çalışdılar, yaxşı oynadılar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button