Idman

“Ermənistan himninə görə Azərbaycandan rəsmi üzr istədilər”

“Ermənistan himninə görə Azərbaycandan rəsmi üzr istədilər”Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan himninin yerinə Ermənistan himninin səsləndirilməsinə sambo güləşi üzrə milli komandamızın baş məşqçisi münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında baş məşqçi Yaqub Abdullayev bildirib ki, həmin səhvə görə üzr istənilib: “İdmançımızla yanaşı biz özümüz də təşkilatçılara etirazımızı bildirdik. Dedik ki, siz bilmirsiz ki, bu Ermənistan himnidir? Avropa Sambo Federasiyasının prezidenti də ordaydı. Etirazlarımızı görüb o da məsələyə müdaxilə etdi. Erməni himni dayandırılıb, daha sorna Azərbaycan himni çalındı”.

Abdullayev qeyd edib ki, Serbiya Sambo Federasiyası onlardan üzr istəyib: “Həmin günü serbiyalılar şifahi şəkildə bizdən üzrxahlıq etdilər. Amma bir gün sonra rəsmi olaraq yarışın keçirildiyi zalda Serbiya Sambo Federasiyası Azərbaycan Sambo Federasiyasından üzr istədi. Hətta bu, televiziya vasitəsilə canlı yayımlandı da. Onlar bildirdilər ki, bu, texniki səhvdir. Bir də belə hal təkrar olunmayacaq”.

Bu səhvə görə təşkilatçıların cəzalandırılması məsələsinə gəlincə, millimizin çalışdırıcısı bunları deyib: “Cəza verilib-verilməyəcəyi ilə bağlı heç bir şey deyə bilmərəm. Hətta təşkilatçılar bizə üzrxahlıq məktubu da verdilər. Yəni rəsmi şəkildə üzr istədilər. Amma Avropa Sambo Federasiyası onları cəzalandıracaqmı, deyə bilmərəm”.

Qeyd edək ki, sözügedən yarışmada 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Azərbaycan himni deyil, Ermənistan himni səsləndirilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button