Idman

“Bir neçə dəqiqəlik öldü” – Həkimlər Eriksenin xilasından danışdılar

Danimarka millisinin məşqçilər qərargahı futbolçu Kristian Eriksenlə yaşanan insidentlə əlaqədar keçirilən mətbuat konfransında çıxış edib.

Komanda həkimi Mattias Karenin sözlərinə görə, oyunçunun ürəyi bir neçə dəqiqə döyünməyib.

“Ürəyi dayandı, onu reanimasiya edənədək yanımızda deyildi. Eriksen ölümə nə qədər yaxın idi? Bilmirəm. Hazırda testlərinin cavbları qənaətbəxşdir”,–  deyə “Sky” həkimin sözlərindən sitat gətirir.

Eriksen karyerasına son verə bilər

İdman kardiolagiyası üzrə professor Sancay Şarma qeyd edib ki, Eriksen bir daha futbol meydançasına çıxmaya bilər. Onun sözlərinə görə, yaxşı xəbər futbolçunun sağ qalmasıdır.

“Eriksen bir neçə dəqiqəlik öldü. Yaxşı xəbər- o, sağdı, pis xəbər- o, karyerasını vaxtından əvvəl bitirə bilər”,- deyə Şarma bildirib.

Eriksenin karyerası

29 yaşlı Eriksen “Ayaks” (Hollandiya), “Tottenhem” (İngiltərə) və “İnter” (İtaliya) klublarında oynayıb. Danimarkalı futbolçu keçirdiyi 527 matçda 109 qol vurub.  2020/21 mövsümündə Eriksen İtaliya çempionu olub. Bundan əvvəl Hollandiyada üç dəfə titul qazanıb.

Danimarka millisinin tərkibində  futbolçu 109 matç keçirirərək 36 qol vurub.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button