Idman

\”Bavariya\” və \”Barselona\” yarımfinalda

"Bavariya" və "Barselona" yarımfinalda
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçılar Barselona və Münhendə bəlli olub.

“Barselona” – PSJ cütünün qalibinə böyük ölçüdə aydınlıq gəlmişdi. Belə ki, Parisdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan kataloniyalılar yarımfinal mərhələsinin bir addımlığında idi. İspaniyaya itkilərlə yollanan PSJ “Nou Kamp”da yalnız möcüzəyə ümid etsə də, bu reallaşmayıb. \”Barselona\” ikinci görüşdə də sevinən tərəf olub və nüfuzlu turnirin yarımfinalına adlayıb.

Günün digər qarşılaşmasında isə “Bavariya” “Porto”nu qəbul edib. İlk oyunda qeydə alınan nəticə matça marağı bir qədər də artırmışdı. Portuqaliyada gözlənilmədən rəqibinə uduzan “Bavariya” öz meydanında həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Münhen təmsilçisi görüşün əvvəlindən sonuna kimi diqtə edib və \”Porto\”ya biabırçı məğlubiyyət yaşadıb (6:1).

21 aprel
Çempionlar Liqası, 1/4 final, cavab oyunları

“Barselona” (İspaniya) – PSJ (Fransa) – 2:0
Qollar: Neymar, 14; 34
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun: 3:1

“Barselona”: Ter Stegen, Dani Alveş, Pike, Jeremi Matyö, Jordi Alba, İvan Rakitiç, Serjio Busqets, İnyesta, Leonel Messi, Suares, Neymar.
Baş məşqçi: Luis Enrike

PSJ: Siriqu, Markinyoş, Maksvell, David Luiz, van der Vil, Yohan Kabay, Matuidi, Marko Veratti, Pastore, Kavani, İbrahimoviç.
Baş məşqçi: Loran Blan

“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) – 6:1
Qollar: Alkantara, 14; Boatenq, 23; Levandovski, 27; 40; Tomas Müller, 36; Xabi Alonso, 88 – Martinez, 73
Baş hakim: Martin Atkinson (İngiltərə)
Münhen. “Alyans Arena”
İlk oyun: 1:3

“Bavariya”: Manuel Noyer, Rafinya, Boatenq, Bernat, Badştuber, Xabi Alonso, Alkantara, Filipp Lam, Levandovski, Mario Götze, Tomas Müller.
Baş məşqçi: Xosep Qvardiola.

“Porto”: Fabiano, Martins İndi, Maykon, İvan Markano, Dieqo Reyes, Kazemiro, Hereyra, Oliver Torres, Quareşma, Brahimi, Cekson Martinez.
Baş məşqçi: Xulen Lopeteqi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button