Idman

Türkiyə qrupdan necə çıxa bilər? – Mümkün variantlar

Türkiyə millisinin “Avro-2020”nin hər iki oyununda məğlbuyyəti komandanın qrupdan çıxmaq şansını çətinləşdirib. Daha doğrusu, türklər kiçik ehtimalla, yaxud möcüsə sayəsində 1/8 finala çıxa bilər.

“SAVAŞ” xatırladır ki, “ay-ulduzlular” Uelslə dünənki məğlubiyyətdən sonra ikinci yeri tutmaq imkanını əldə veriblər. İndi ümid yalnız ən yaxşı qrup üçüncüsü olmağa qalıb. Bəs, qrup üçüncüləri 1/8 finala necə yüksələ bilər?

“Avro-2020”nin əsasnaməsinə görə, 6 qrupun hər birində ilk 2 yeri tutan komandalar “pley-off”a birbaşa vəsiqə əldə edir. Digər 4 vəsiqəni isə ən yaxşı qrup üçüncüləri qazanır.

Bu zaman nələr nəzərə alınır?

– Toplanan xal

Bu zaman və sonra bərabərliklər olacağı hallarda isə ardıcıllıqla:

– Vurulan və buraxılan qollar arasındakı fərqə;

– Vurulan qol sayına;

– Qələbə sayına;

– “Fair play” xalına (sarı vərəqə  – 1 xal, qırmızı vərəqə – 3 xal, iki sarı vərəqəyə görə “qırmızı vərəqə” – 3 xal);

– Nəhayət, seçmə mərhələnin yekununa əsasən, reytinqdəki mövqeyə baxılır.

Beləliklə, Türkiyə qrup üçüncüsü olmaq üçün son turda mütləq İsveçrəyə qalib gəlməlidir. Amma qələbə türklərə hələ növbəti mərhələyə getməyə təminat vermir. Çünki komanda 2 oyuna 5 qol buraxıb və 1 qol belə vura bilməyib. Hazırda Şenol Günəşin komandasının top fərqi mənfi 5-dir. Bu, hazırkı duruma görə Türkiyənin əleyhinə işləyən ən böyük amillərdən biridir.

Qeyd edək ki, hazırda 1 və 2 oyun keçirmiş digər 23 komandadan heç birində mənfi 5 nəticə yoxdur. Ona görə də bu fərq İsveçrə ilə oyunda mümkün çoxluqla aradan qaldırılmalıdır. Yəni 1-2 top fərqli qələbə hələ 1/8 finala çıxmaq demək deyil. Türklər və digər qruplarda üçüncü yeri tutan komandalar da 3 xal toplayarsa, qardaş ölkə komandasının mübarizəni dayandırması ehtimalı yüksəkdir.

İndiki halda isə ümid daha çox onadır ki, Türkiyə son turda qalib gəlməklə 3 xal qazanmalı, 6 qrupun yekun nəticəsində 3-cü yeri tutan komandalardan 2-si isə maksimum 2 xal toplamalıdır. Bu halda türklər 1/8 finala adlaya bilər.

Amma bir gerçəklik unudulmamalıdır ki, qrupda son turda Türkiyə ilə oyun İsveçrə üçün də əhəmiyyətlidir. Məğlubiyyət İsveçrəni “Avro-2020”dən kənarda qoyacaq. Qələbə qazanacağı halda isə bu komandanı xalı 4 olur və 1/8 finala getmək şansı yüksəlir. Qrupun digər görüşü İtaliya – Uels matçının nəticəsindən asılı olaraq İsveçrə “pley-off”a ya qrup ikincisi, ya da ən yaxşı qrup üçüncülərindən biri olaraq adlaya bilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button