Idman

Azərbaycan güləşçisi ermənini tatamiyə çıxmağa peşman etdi – 8:0

Azərbaycanın daha beş yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.

Savash.org xəbər verir ki, bunlardan 60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidzeni (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib.

Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana heç bir şans verməyib – 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) bürünc medal qazanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button