Idman

AVRO-2020: Fransa Macarıstana qalib gələ bilmədi -VİDEO

Macarıstan – Fransa görüşü 1:1 hesabı ilə başa çatıb.

Savash.org xəbər verir ki, bununla da Fransa millisi xallarının sayını dördə yüksəldib. Meydan sahibi Macarıstan isə ilk xalını qazanıb.

Qeyd edək ki, bununla da Fransa millisi növbəti dəfə Macarıstan yığmasına Avropa çempionatları tarixində qalib gələ bilməyib. Bunadək keçirilmiş dörd matçda Macarıstan üç dəfə qalib gəlmiş, bir dəfə isə heç-heçə etmişdi.

18:28

Fransa millisi 66-cı dəqiqədə hesabı bərabərləşdirdi. Kilian Mbappenin sağ cinahdan qapı önünə ötürməsindən sonra Antuan Qrizman qol vurdu – 1:1.

18:16

Oyunda ikinci hissə gedir. Macarıstan millisi Fransaya 1:0 qalib gəlir.

17:49

Macarıstan millisi ilk hissəyə əlavə olunmuş dəqiqədə Fransa yığmasına qol vurdu. 45+2-ci dəqiqədə müdafiəçi Attila Fiola hesabı açdı – 1:0. Bu, Macarıstan millisinin bu turnirdə ilk qoludur.

17:05

Macarıstan – Fransa görüşü başlayıb. Oyunda qapılara qol vurulmayıb.

16:08

AVRO-2020-nin F qrupu çərçivəsində bu gün Budapeştin “Puşkaş Arena”sında Macarıstan millisi son dünya çempionu və Avropa çempionatın finalçısı Fransanı qəbul edəcək.

Savash.org[+ xəbər verir ki, artıq komandaların start heyətləri açıqlanıb.

Macarıstan (3-5-2): Qulaçi, Attila Salai, Fiola, Orban, Neqo, Adam Naci, Adam Salai (kapitan), Şefer, Klaynhaysler, Şallai, Botka

Ehtiyat heyət: Dibus, Boqdan, Lanq, Keçkeş, Çeri, Holender, Lovrençiç, Roland Varqa, Şiqer, Varqa, Nikoliç, Şön

Fransa (4-3-3): Lyoris (kapitan), Pavar, Kimpembi, Varan, Poqba, Qrizman, Mbappe, Kante, Rabyo, Din, Benzema

Ehtiyat heyət: Mandanda, Menyan, Lanqle, Lemar, Jiru, Dembele, Tolisso, Sissoko, Ernandes, Dübua, Kunde, Türam

Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Fransa qələbə qazanacağı halda, 1/8 finala vəsiqəni təmin etmiş olacaq.

//baku.tv/az/idman/39960/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button