Idman

Ovusu Kvabenanın yeni klubu bəlli oldu

Ovusu Kvabena karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az eksklüziv olaraq xəbər verir ki, 24 yaşlı futbolçu “Ankaragücü”nün formasını geyinəcək. Paytaxt təmsilçisi ilə “Qarabağ” rəhbərliyi arasında aparılan danışıqlar müsbət sonuclanıb. Müqavilə ilə ağdamlılara məxsus olan Kvabena Türkiyə klubunda icarə əsasında çıxış edəcək. Gələn həftə futbolçu ilə klub arasında müqavilə imzalanacaq.

Qeyd edək ki, ötən ilin yanvarından “köhlən atlar”ın şərəfini qoruyan Ovusu “Qarabağ”da keçirdiyi ilyarımda 45 oyunda 9 qol vurub. 2020-21 mövsümündə Super Liqada mübarizə aparan “Ankaragücü” isə yekunda 19-cu pillədə qərarlaşaraq 1-ci Liqaya yuvarlanıb.

Ovusu Kvabenanın yeni klubu bəlli oldu – ÖZƏL

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button