Idman

Türkiyəli futbolçular Bakıda dalaşıb – Təfərrüat

Avro-2020-də uğursuz çıxış edərək turnirlə erkən vidalaşan Türkiyə millisinin düşərgəsində xoşagəlməz anlar yaşanıb.

Bakıda İsveçrə yığması ilə keçirilən görüşün son məşqi zamanı futbolçular arasında dava düşüb.

Halil Dərvişoğlu ilə Enes Ünal arasında mübahisə yaranıb. Daha sonra isə futbolçular əlbəyaxa olublar. Onları komanda yoldaşları ayırıb. Halil onu sakitləşdirmək istəyən Cengiz Ündərlə də mübahisə edib. Baş verənlərə əsəbiləşən komandanın çalışdırıcısı Şenol Günəş Halil və Enesi bu səbəbdən İsveçrə ilə dünənki qarşılaşmada meydana buraxmayıb.

Xatırladaq ki, A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi xal qazanmadan yarışda mübarizəni dayandırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button